Azərbaycanın Ukraynadakı səfiri Ukrayna Xarici işlər nazirinin müavini ilə görüşdü

Hazırda oxunan: Azərbaycanın Ukraynadakı səfiri Ukrayna Xarici işlər nazirinin müavini ilə görüşdü

32178

Moderator.az səfirliyin saytına istinadən xəbər verir ki,15 avqust 2013-cü il tarixində Azərbaycan Respublikasının Ukraynadakı Səfiri Eynulla Mədətli Ukrayna Xarici işlər nazirinin birinci müavini Ruslan Demçenko ilə görüşmüşdür. R.Demçenko Azərbaycan və Ukrayna arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olmasından məmnunluğunu qeyd etmişdir.


Görüşdə tərəflər ikitərəfli əməkdaşlığın aktual məsələlərini, siyasi və konsulluq sahəsində qarşılıqlı maraq doğuran məsələləri müzakirə etmiş, yüksək və ən yüksək səviyyədə intensiv siyasi dialoqun davam etdirilməsinə qarşılıqlı marağın olduğunu vurğulamışlar. 


Səfir Ruslan Demçenkonu 31 oktyabr - 1 noyabr 2013-cü il tarixlərində keçiriləcək 3-cü Bakı Beynəlxalq Humanitar Forumuna dəvət etmiş, nazir müavini məmnuniyyətlə dəvəti qəbul etmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin