Fransa imperiya dönəmində Afrika ölkələrindən qarət edilərək gətirilən müxtəlif incəsənət əsərlərini əsl sahiblərinə geri qaytarmağa qərar verib.
Moderator.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, ilk olaraq Afrikadanı Benin Respublikasına aid 26 sənət əsər geri qaytarılacaq. Bu barədə Fransa prezidenti Emmanuel Makron məlumat verib.
Məlumat üçün qeyd edək ki, Beninxa0 Respublikasının prezidenti hələ iki il öncə ölkəsinə aid sənət əsərlərinin geri qaytarılması üçün Fransa qarşısında rəsmi tələblə çıxış edib.
Benin Respublikasının UNESCO-dakı rəsmi təmsilçisinin sözlərinə görə, hazırda Fransa sadəcə Benin Respublikasına məxsus 4500 ilə 6000 arasında sənət əsəri mövcuddur.
Xatırladaq ki, Fransa prezidenti qarşıdakı beş il ərzində imperiya dönəmində Afrikadan Fransaya gətirilən sənət əsərlərinin geri qaytarılması üçün gərəkli şərtlərin hazırlanmasın vacibliyini vurğulayıb.
Seymur Əliyev





































































































