Partlayışın gücü onlarla nüvə bombasının gücünü ötə bilər...
Yellonstoun super-vulkanı ətrafında baş verən müntəzəm titrəmələr amerikanlarıxa0 bir daha qorxutdu.xa0 xa0
Moderator24.com xarici mediaya istinadla yazır ki, ərazidəxa0 mart ayında bir həftə ərzində 50 kiçik zəlzələ qeydə alınmışdı.xa0
Lakin martın 11-də bir neçə saat ara ilə Rixter şkalası üzrə 1,5 və 1,8 bal gücündə ikixa0 titrəyiş baş verənxa0 zamanxa0 ölkədə yüngül çaxnaşma başlayıb. Dərhal intensivləşən fəallığın bir püskürməyə səbəb ola biləcəyi qorxuları artıb. Söhbət diametri 72 km olan bir kraterə malik vulkandan gedir...xa0

Lakinxa0 mütəxəssislər hələkixa0 Amerika ictimaiyyətini sakitləşdirməyi bacarıblar.xa0 Yellenstoun vulkanik rəsədxanasının əməkdaşı Maykl Polski bəyan edib ki, super vulkanun püskürmə şansı hazırda 1-in 730 minə nisbətindədir. Buna rəğmən mütəxəssis partlayışın hər an gözlənilmədən baş verə biləcəyini də istisna etməyib.xa0 Odur ki, ABŞ rəhbərliyi önləyici tədbirlər görməyə çalışır. Vulkanın ətrafında 8-10 km dərinliyində quyular qazılır ki, bəlkə super vulkanın ocağı bir az “sərinləyə” və partlayış mümkün qədər ləngiyə... Bəzi məlumatlara görə, hökumətxa0 digər dövlətlərlə gizli danışıqlar apararaqxa0 onlarla milyard dollar təklif edir ki, super-vulkanın püskürəcəyi haldaxa0 ölkə əhalisini müvəqqəti həmin ölkələrin ərazisinə köçürsünlər.xa0 Amerikanlarınxa0 təxliyə ediləcəyi ölkələr sırasnda daha çox böyük Britaniya, Balkanlar və bir də Ukraynanın adı çəkilir...

Xatırladaq ki, Moderator.az ötən il dəxa0 ABŞ-dakı super-vulkan haqda məlumat vermişdi. Hesablamalara görə, bu super-vulkanın sonuncu püskürməsi 640 min il bundan öncə baş verib. Və bu, çox fəlakətli nəticələrə gətirib çıxarıb. Vulkanın qaynayan maqmanın pıqqıldadığı ağzının eni 55-72 km olub. Hazırda isə dolayı əlamətlər fəlakətin yaxınlığını göstərir. Ətrafda zəlzələlər artır, torpağın səviyyəsi ildə 5 sm-dək qalxır, qeyzerlərin fəallığı yüksəlir. Gözlənilən faciənin daha bir əlaməti isəxa0 heyvanların milli parkı tələsikxa0 tərk etməsidir. 2014-cü ildə Yellonstounun ətrafını bizonlar(vəhşi öküzlər), onların ardınca isə marallar tərk edib. Heyvanların zəlzələni, vulkanı öncədən hiss etməsi çoxdan məlumdur. Onu da əlavə edək ki, bu yaxınlarda Arizona ştatında eni 4-5 metr, uzunluğu isə 3 km olan nəhəng yarıq da aşkar edilib.xa0

Alimlər super-püskürmənin dəhşətli nəticələri olacağını bildirirlər. Kataklizmin ilk dəqiqələrindən ətrafda 1000 kv.km-dək ərazi tamamilə dağılaraq vulkanın kraterinə çevriləcək. Partlayıın gücü onlarla nüvə bombasının gücünü ötəcək. Havaya qalxan toz atmosferi çirkləndirəcək və bu, qlobal soyuqlaşmaya səbəb olacaq. Şimali Amerikanın böyük ərazilərini əriyən lavanın axınlarıxa0 yandıracaq. Qitənin qalan böyük əraziləri isə nəhəng kül və qurum qatı ilə örtülərək həyat üçün tam yararsız olacaq...
Sultan Laçın






































































































