Tramp Çini cəzalandırdı

Hazırda oxunan: Tramp Çini cəzalandırdı

218252
ABŞ prezidenti Donald Tramp Çinə qarşı kompleks ticarət ölçülərinin tətbiqi haqqında fərman imzalayıb.xa0

Oxu.Az “Euronews”a istinadən xəbər verir ki, yeni ölçülər paketinə əsasən, bir sıra çin məhsullarına ümumilikdə 60 milyard dollar həcmində rüsum tətbiq olunub.

Yeni ölçülərdə eyni zamanda Çinli iş adamlarının ABŞ iqtisadiyyatına qoyduğu investisiya ilə bağlı bir sıra məhdudiyyətlər nəzərdə tutulur.

Ağ Ev rəsmisinin sözlərinə görə, Tramp Pekindən 100 milyard dolllarlıq ticarət kəsrini dərhal aradan qaldırmağı tələb edib. ABŞ prezidenti məhz daima artan kəsrin ikitərəfli ticarət münasibətlərində ciddi problem yaratdığını hesab edir.

İnvestisiyaya qoyulan məhdudiyyətlər isə, Çinin mövcud müştərək müəssisələr hesabına ABŞ-a məxsus intellektual məhsulu mənimsəməsi ilə əsaslandırılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin