Tristan da Cunha Atlantik okeanının ortasında yerləşən və dünyadan tamamilə təcrid olunan qapalı bir ərazidir. Ona ən yaxın obyekt isə Ümid Burnudur ki, aralarındakı məsafə 2414 km-dir.xa0
Bölgənin qeyri-adiyiliyi həm də ondadır ki, bura hava kütlələrinin nizamsız hərəkəti və bir çox coğrafi səbəblərdən təyyarələr uça bilmir. Daha doğrusu, təyyarələr əraziyə yalnız ilin 60 günündə enə bilərlər.
Cənubi Afrika ilə Cənubi Amerikanın ortasında yerləşən adanı ilk dəfə 1506-cı ildə portuqal xa0 səyyah kəşf edib. 1800-cü illərdə adada kiçik qruplar halında ingilis, italyan və amerikalı köçkünlər yaşayıb.
300 yaxın əhalisi olan ada hazırda ingilislərin nəzarətindədir. Burada insanların əksəriyyəti kənd təsərrüfatı və sənətkarlıqla məşğuldurlar.
Moderator.az dünyadan təcrid olunan həmin adadakı həyatı əks etdirən fotoları təqdim edir:





Hazırladı: Elmin





































































































