Moderator.az beynəlxalq xəbər agentliklərinə istinadən məlumat verir ki, xa0Şimali Koreya bu günlərdə qitələrarası ballistik raket sınağı həyata keçirib. Dövlət başçısı Kim Jongun şəxsən izlədiyi sınaq zamanı atılan nüvə raketi 40 dəqiqə boyunca 930 km məsafə qət edib.
Sözü gedən ballaistik raketin Alyaskanı vurmaq gücündə olduğu bildirilir.xa0
Şimali Koreya uğurla başa çatdırdığı nüvə sınağından sonra ABŞ-ı hədəf alan raketlər quraşdırmağa başlayıb. xa0Quraşdırılan raketlərdə bir ABŞ təyyarəsinin və Ağ Evin hədəf alındığı bildirilir.
Türkan Yaqub
































































































