Daha bir müsəlman ölkəsində niqab qadağan edildi

Hazırda oxunan: Daha bir müsəlman ölkəsində niqab qadağan edildi

181589
Mosulun şərq hissəsini İŞİD terrorçularından azad edən İraq silahlı qüvvələri, antiterror tədbirləri çərçivəsində qadınlara niqab taxmağı qadağan edib.

Moderator.azxa0istipress-ə istinadən məlumatına görə, Mosulun işğalı zamanı terrorçular qadınların geyindiyi və gözlərdən başqa hər yeri örtdüyü niqabı taxaraq terror aktlarını törətmişdilər.

Öz növbəsində İraq silahlı qüvvələrinin komandanlığı da üzünü qara material ilə örtən bir neçə İŞİD terrorçusunu saxlayandan sonra niqaba qadağa qoyub.

Qeyd edək ki, Mosulun şərq hissəsini İraq ordusu 2017-ci ilin yanvarında tamamilə İŞİD işğalından azad edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin