Bu ixtiraçı yadplanetlilərin danışıqlarını dinləyib - İnanılmaz

Hazırda oxunan: Bu ixtiraçı yadplanetlilərin danışıqlarını dinləyib - İnanılmaz

170910
Dünyada çətin ikinci bir insan tapılar ki, müasir dəyişən cərəyan elektrik enerji şəbəkəsinin layihələndirilməsi üçün öz töhfələri ilə daha çox məşhurlaşan serb əsilli Amerika futuroloqu, elektriki və maşın mühəndisi, ixtiraçısı Nikola Tesla qədər paranormal olaylarla bağlı olsun.xa0

Moderator.az Rusiya mediasına istinadla yazır ki, dahi ixtiraçı olan N.Tesla xa0hələ XX əsrin əvvəllərində yadplanetlilərlə də əlaqə qurmağı bacarıb. xa0N.Teslanın bioqrafı, yazıçı xa0Tim Şvars yazır ki, məşhur alim asanlıqla xa0yadplanetlilərlə əlaqəyə girir, onların öz aralarındakı danışıqlarını dinləyirdi.xa0

Bir dəfə N.Tesla ildırımın monitorinqi üçün qurduğu antenna ilə növbəti eksperiment apararkən həmin qurğunun yadplanetlilərin siqnallarını tutduğunu müəyyən edir. İxtiraçı uzun müddət efiri dinləmiş və şüuraltı olaraq xa0anlamışdır ki, Yerdənkənar sivilizasiyaların nümayəndələri onu salamlayır və öz aralarında danışırlar. Bundan sonra alim güclü radio-qəbuledici xa0yaradaraq xa0yadplanetlilərin danışıqlarını dinləməyi qərara alıb. Lakin ömrü buna kifayət etməyib.

Qeyd edək ki, Nikola Tesla Albert Eynşteynlə birgə məşhur “Filadelfiya eksperimenti”x9dndə iştirak edib. Həmin eksperiment zamanı dənizin ortasındakı bir hərbi gəmi gözəgörünməz olmaqla bütün heyəti ilə birgə uzaq məsafəyə teleportasiya edilib. Bu eksperimentin sirrini Tesla və Eynşteyn özləri ilə məzara aparıblar.

Sultan Laçın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin