Sərnişin təyyarəsi qəzaya düşdü - Göyərtəsində 4 nəfər olub

Hazırda oxunan: Sərnişin təyyarəsi qəzaya düşdü - Göyərtəsində 4 nəfər olub

165800
Atlantik okeanı üzərində, Rio-de-Janeyro yaxınlığında sərnişin təyyarəsi qəzaya uğrayıb.

Təyyarənin göyərtəsində 4 nəfər olub.

Sərnişinlərdən biri Braziliya Federal Ali Məhkəməsinin üzvü Teori Zavaski olub. Bu informasiyanı onun oğlu Fransisko Zavaski Feysbuk hesabında təsdiqləyərək dostlarından atasının sağ qalması üçün dua etmələrini xahiş edib.xa0

Məlumata görə, təyyarə San-Paulodan havaya qalxıb və Paratidə eniş etməli imiş.

Qeyd olunur ki, hadisə yerində axtarışlar aparılır.

Sərnişinlərdən biri sağ tapılsa da, o, sonra ölüb.xa0

Daha iki nəfərin meyiti aşkarlanıb.(Qafqazinfo)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin