Son 30-40 ildə dünyada daha çox populyralıq qazanmış içkilərdən olan “Coca-cola”x9d, “Fanta”x9d, “Pepsi”x9d xa0şirələrinin zərəri xa0barədə xa0dəfələrlə yazılsa da, onların tərkibinə qatılan narkotik tipli maddələr insanları bu zərərli içkilərdən çəkindirməyə imkan vermir. Hətta bir sıra İslam xa0nümayəndələri “Coca-Cola”x9dnın şüşələri üzərindəki xa0yazılış formasını tərsinə oxuyanda xa0“Məkkə yox, Məhəmməd yox”x9d yazıldığını iddia edərək bu şirələrin xa0bəşəriyyət əleyhinə yönəldiyini qabartmağa çalışıblar.xa0

Ancaq Moderator.az-ın İsrail (!) mətbuatına istinadla əldə etdiyi materialda Amerika(!) ekspertlərinin özləri bu nəhəng qazlı içki şirkətləri haqqında dəhşətli faktlar açıqlayırlar.xa0
Boston Universitetinin ekspertlərinin apardıqları araşdırmanın xa0nəticələrindən bəlli olur ki, “Coca-Cola" və "PepsiCo" şirkətləri ABŞ-ın 96 tibbi qurumu ilə gizli razılaşmaya gəliblər. Araşdırmanın nəticələri "American Journal of Preventive Medicine" nəşrində dərc edilib.xa0


Müəyyən edilib ki, 2011-2015-ci illər arasında qazlı içki istehsalçıları "Coca-Cola Company" və "PepsiCo" səhiyyə qurumlarının hesablarına əslində rüşvət məqsədi daşıyan pul köçürüblər. Bu strukturların bir çoxu piylənmə ilə mübarizə aparan tibb müəssisələridir. Sövdələşmənin təxmin edilən məqsədi qazlı içkilərin piylənməyə səbəb olması faktını ictimaiyyətdən gizlətmək olub. Bu razılaşma nəticəsində ABŞ və digər ölkələrdə əhali arasında piylənmə epidemiyasının səviyyəsi qat-qat yüksəlib. Boston alimləri bəyan edib ki, "Coca-Cola" və "PepsiCo" xa0səhiyyə təşkilatlarına rüşvət verməklə xa0qazlı içkilərin istehlakının azaldılmasına səbəb olan qanunların qəbul edilməməsinə və ya neytrallaşdırılmasına nail olublar. “Nəticədə səhiyyə xa0bu strukturları qeyri-iradi olaraq xa0əhalinin sağlamlığının məhvinə yönəlmiş korporativ xa0piar-strategiyanın partnyorlarına çevriliblər...”x9d - deyə bəyanatda vurğulanır.

Qeyd edilir ki, adıçəkilən şirkətlər son 5 ildə səhiyyə sahəsində 29 qanun layihəsinə qarşı lobbiçilik edib. Bu qanun layihələri artıq çəki ilə mübarizə və şəkərli qazlı içkilərin istehlakının məhdudlaşdırılması kimi məsələləri əhatə edirmiş.

Beləliklə, 2011-2014-cü illərdə "Coca-Cola" sözügedən məqsədlər üçün ildə 6 milyon, "PepsiCo" isə 3 milyon dollardan çox pul xərcləyib. xa0ABŞ-ın “Azadlıq”x9d xa0radiosunun son saatlarda yaydığı məlumatına görə isə bu şirkətlərlə gizli və məkrli sövdələşməyə girmiş xa096 səhiyyə müəssisəsindən 12-si hər iki şirkətdən pul alırmış. Biri yalnız "PepsiCo"dan, 83-ü isə təkcə "Coca-Cola"dan pul alırmış...

Araşdırma Amerika səhiyyəsi üçün daha bir acınacaqlı faktı üzə çıxarıb. Sözügedən kompaniyalarla xa0faktiki xa0korrupsiya əlaqəsinə girmiş xa0tibb qurumlarından ikisi məhz xa0diabet (“şəkər) xa0xəstəliyi üzrə ixtisaslaşmış təşkilatdır. Qazlı içkilərin isə “şəkər”x9di xa0artırmasına artıq heç kəs şübhə etmir... xa0
Sultan Laçın



































































































