Rusiya və Pakistan birgə hərbi təlimlərə başlayır...

Hazırda oxunan: Rusiya və Pakistan birgə hərbi təlimlərə başlayır...

152549
Moderator.az xəbər verir ki, Rusiya və Pakistan quru qüvvələrinin birgə hərbi təlimləri başlayacaq. 

Pakistan ordusundan verilən məlumata görə, Rusiya Quru qüvvələrinə aid birliklərin iki həftə davam edəcək hərbi təlimlər üçün bu gün Pakistana gəlib. Açıqlamada təlimlərin ölkənin şimal-qərbindəki Cerati Xüsusi Qüvvələr Təhsil Mərkəzində ediləcəyi qeyd edilib.

Hər iki ölkədən cəmi 200 əsgərin qatılacağı "Dostluq-2016" təlimlərinin sabah başlaması gözlənilir. Digər tərəfdən, Pakistanın Moskva səfirliyindən verilən açıqlamada, təlimlərin məqsədinin, İslamabad və Moskva rəhbərliklərinin "müdafiə və digər sahələrdə əməkdaşlığı artırma istəyinin" bir işarəsi olaraq edildiyi bildirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin