Türkiyənin baş naziri: "Hava limanlarında təhlükəsizlik gücləndiriləcək"

Hazırda oxunan: Türkiyənin baş naziri: "Hava limanlarında təhlükəsizlik gücləndiriləcək"

142757
 İstanbulda baş verən terror aktından sonra  hava limanlarında təhlükəsizlik tədbirləri gücləndiriləcək.
 
APA-nın “Hürriyət”x9d-ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin baş naziri Binali Yıldırım bəyan edib.
 
“Hava limanlarının mühafizəsinə dair müvafiq tədbirlərin görülməsi zəruridir. Biz aeroportlarda təhlükəsizliyi gücləndirəcəyik. ”x9d, deyə B.Yıldırım bildirib.
 
Onun sözlərinə görə, böyük ehtimalla terror aktını İŞİD terror qruplaşması törədib.
 
Qeyd edək ki, ötən axşam Atatürk Hava Limanında törədilən partlayışlar nəticəsində 41 nəfər ölüb, 239 nəfər yaralanıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin