“Yaxın on il ərzində İranda 9 Atom Elektrik Stansiyası Stansiyası (AES) inşası zəruridir”x9d. Moderator.az “tass”x9d-a istinadən xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatının müavini və rəsmi nümayəndəsi Bəhruz Kamalvandi bildirib.
“Ölkəyə
yaxın on il ərzində 9 Atom Elektrik Stansiyası inşa etmək lazımdır və 2025-ci
ilə kimi bütün İran elektrik stansiyalarının güc generasiyasını ən azından 100
min MVt.-a yüksəltmək lazımdır”x9d, - bu gün İranlı məmurun sözlərini “İRNA”x9d
agentliyi sitat gətirir. 2015-ci ilin İranın Energetika Nazirliyinin məlumatına
görə, ölkənin elektrik stansiyaları 73 min MVt. gücündə generasiya etməyə
malikdirlər. Kamalvandi həmçinin qeyd edib ki, bu anadək, İran İslam
Respublikasında ümümi elekrik enerjisinin 8-dən 12%-inədək Atom Elektrik
Stansiyalarının hesabına hasil olunmalıdır. Bunların inşasına İran həm daxili
özəl sektorun imkanlarını və həm də xarici investisiyaları cəlb etmək niyyətindədir.
Kamalvandinin sözlərinə görə, sanksiyalar dövründən sonra, yəni İran və altılıq
dünya dövlətləri (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya)
arasında 16 yanvar tarixində imzalanan nüvə razılaşmasının başlanmasından
sonra, İrana bir sıra faydalı təkliflər edilib, o cümlədən, AES tikintisinin
maliyyələşməsi üçün müxtəlif şərtlər daxilində kreditlər təklif edilib.
Ramil Həsənli





































































































