Putin Əsədlə danışdı: "Mübarizə davam edəcək"

Hazırda oxunan: Putin Əsədlə danışdı: "Mübarizə davam edəcək"

123152
Rusiya Prezidenti Vladimir Putinlə suriyalı həmkarı Bəşər Əsəd arasında telefon söhbəti olub.
 
Söhbət zamanı fevralın 27-dən etibarən Suriyada sülhü nəzərdə tutan ABŞ-Rusiya razılaşması müzakirə olunub.
 
Əsəd razılaşmanı müsbət qiymətləndirib və hökumətin buna hazır olduğunu deyib.
 
Tərəflər İŞİD, Nüsrə Cəbhəsi və digər qruplaşmalara qarşı mübarizənin davam edəcəyi məsələsində həmfikir olduqlarını açıqlayıblar.
 
Qeyd edək ki, fevralın 22-də ABŞ, Rusiya və digər regional lider olan dövlətlərin birgə səyi ilə Suriyada atəşkəs razılığı əldə olunub. Atəşkəs 27 fevral gecə yarısından etibarən qüvvəyə minəcək. Qərar Nüsrə Cəbhəsi və İŞİD-in nəzarət etdiyi bölgələrə aid edilməyəcək.(Axar.az )
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin