"NATO, Türkiyəni mükafatlandırır" -Ruslar əsəbləşdi

Hazırda oxunan: "NATO, Türkiyəni mükafatlandırır" -Ruslar əsəbləşdi

114869
NATO-nun baş katibi Yens Stoltenbergin "Rusiya Türkiyənin hava sərhəddini bilməyərək pozmuş kimi görünmür" şərhinə Rusiya kəskin reaksiya göstərdi.

ANS PRESS-in məlumatına görə, Rusiya təyyarəsinin vurulması mövzusunda NATO-nun Türkiyəyönümlü mövqeyini tənqid edən Gruşko, NATO-nun Ankaraya son dövrdə verdiyi əlavə təhlükəsizlik sözlərini "mukafat" kimi xarakterizə etdiyini deyib.

"NATO, Rusiya hərbi təyyarəsini vuran Türkiyəni məhkum etmək yerinə, bu ölkəni mükafatlandırır. NATO-nun Türkiyəni məhkum etmək əvəzinə Ankaraya dəstək nümayiş etdirməsi qəbul edilməzdir. Burada məşhur NATO həmrəyliyinin gerçək üzü bir daha özünü göstərir." - deyə Rusiyanın NATO-dakı daimi nümayəndəsi Aleksandr Gruşko bildirib.

Rusiya ilə Türkiyə arasındakı gərginlik Rusiyaya məxsus Su-24 tipli qırıcı təyyarəsi Suriya-Türkiyə sərhədini pozduğu üçün vurulduqdan sonra yaranıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin