Moderator.az xarici mətbuata istinadən xəbər verir ki, bu fikri Türkiyənin baş naziri Əhməd Davudoğlu NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşündəxa0 deyib.
Onun sözlərinə görə, Ankara eyni zamanda Rusiya vətəndaşlarının Türkiyə səfərlərini məhdudlaşdıracaq hər hansı addım atmayacaq.
“Biz rus xalqı ilə münasibətlərimizə mənfi təsir edəcək hər hansı hərəkətə yol verməyəcəyik. Antalya uzun illərdirxa0 rusiyalıların ikinci evi olub. Odur ki, biz rus turistlərin yolunu gözləyirik. Bizim xalqlarımız dost xalqlardır”x9d, -Davudoğlu bəyan edib.
Davudoğlu onu da əlavə edib ki, Türkiyə hər zaman Rusiyaya qarşı iqtisadi sanksiyaların tətbiqinin əleyhinə çıxış edib: “Rusiyanın hərəkətinə gəldikdə isə deyə bilərəm ki, özü hər zaman sanksiyalardan ziyan çəkib, ancaq bununla belə Türkiyəyə qarşı sanksiya tətbiq edir. Bu isə onun maraqlarına uyğun deyil. İqtisadi əlaqələr hər iki ölkə üçün vacibdir”x9d.
Davudoğluxa0xa0 Rusiyanın hər iki tərəfin maraqlarına uyğun hərəkət etməyə dəvət edərək bildirib ki, biz gələcək əlaqələrimizi müzakirə etmək üçün dialoqa hazırıq: “Bununla belə biz sərhədlərimizi müdafiə etməklə öz vəzifə borcumuzu yerinəxa0 yetirdik”x9d.
Davudoğluxa0 təyyarənin vurulması ilə bağlı bütün məslələri və detalları müzakirə etməyə hazır olduqlarını da bildirib: “Biz bununla bağlı qarşıxa0 tərəfə istənilən məlumatı verməyə hazırıq. Bir daha bəyan edirəm ki, bütün bunlara rəğmən biz kimsədən üzr istəmək niyyətində deyilik”x9d.







































































































