“Qoçaqları”x9d polis bölməsinə aparıblar.
Artıq bir neçə gündür ki, qalmaqallı avtomobil blogeri Erik Davidıç Bakıda səfərdədir.
Oxu.Az Dövlət Bayrağı meydanı ərazisində Davidıç avtomobil həvəskarları ilə görüş təşkil edib.
Erik ilə görüşməyə çox insan gəlib onların əksəriyyəti öz avtomobillərində gəlib.
Görüş zamanı o, Azərbaycannı paytaxtı Bakı şəhərində nə etdiklərini və nə edəcəklərindən danışıb. Davidıç qeyd edib ki, Bakıda avtoidmanın inkişafı üçün avtomobillərin tüninqinə icazə vermək lazımdır. Görüş zamanı Davidıç bakılıların avtomobillərini nəzərdən keçirib, sonra arzu edənlər ilə şəkil çəkdirib.
Tədbir zamanı “qoçaqlar”x9ddan ibarət qrup təkər yandırmağa və öz avtomobilləri ilə drift etməyə başlayıblar, bu isə görüşə gələnlərin marağına səbəb olub. Bu məqam Davidıçın xoşuna gəlməyib, çünki elementar təhlükəsizlik texnikasına riayət edilmirdi, sədd yox idi və s.
Davidıç drifti dayandırmaq xəbərdarlıq edib, qarşı tərəfdən reaksiya görmədikdə isə görüşdən gedib.
Bununla belə, sürücülər öz əməllərinə davam ediblər, avtomobillə daha təhlükəli manevrlər göstərməyə başlayıblar.
15 dəqiqədən sonra görüş yerinə Dövlət Yol polis və Post patrul Xidmətinin əməkdaşları gəlib. Onlar, görüşdə olanların heç birinin oranı tərk etməməsi üçün xa0ərazini dövrəyə alıblar . Polislər bir neçə fotoqrafı saxlayıb, və şəkillərin, eləcə də daxil olan məlumatın əsasında, şou göstərən sürücüləri saxlamağa və polis bölməsinə aparmağa başlayıblar.






































































































