DADP- də gənclər üçün təlim keçirildi

Hazırda oxunan: DADP- də gənclər üçün təlim keçirildi

95409
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) Gənclər Təşkilatının təşəbbüsü ilə “ Bu dəfə təhsildən danışacağıq”x9d adlı təlim keçirilib.

Təlimdə ekspertlər, müxtəlif universitetlərin tələbələri, gənclər və yazarlar iştirak ediblər.

DADP Gənclər Təşkilatının sədri Nigar Abdullayeva təlimdə iştirak edən gəncləri DADP sədri Əlisahib Hüseynov adından salamlayaraq, gənclərə uğurlar arzuladı.

Təlimdə əsas məqsəd “Təhsillilərlə təhsilsizlərin fərqi? Hamının ali məktəbə qəbul olması vacibdirmi? Təhsilli olmaq uğurlu karyera qurmaqdan başqa daha nə kimi üstünlüklər verir?”x9d kimi suallara cavab tapmaq oldu.

Təlimçi Südabə Babazadə gənclərə təhsilin faydalarından danışdı. Qeyd etdi ki, “ Təhsil bizim gələcəyimizdir, ölkəmizi dünyaya tanıtmaq üçün bilik, savaddır. Təhsili cəmiyyətin fəal hərəkətverici, inkişafetdirici qüvvəsinə çevirənlər isə məhz müəllimlərdir. Bu baxımdan müəllim təhsildə əsas sima, aparıcı qüvvədir.“

Mövzu gənclər və yazarlar tərəfindən də müzakirə olundu. Yazar Emin Piri təlimdə iştirak edərək “Bu dəfə təhsildən danışacağıq”x9d mövzusuna yanaşmasını açıqlayaraq, iştirakçılarla fikirlərini bölüşdü.

DADP Gənclər Təşkilatı gənclər üçün bu cür maarifləndirici təşəbbüslərini bundan sonra da davam etdirəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin