Qubada xəzinə tapıldı

Hazırda oxunan: Qubada xəzinə tapıldı

92854

APA TV-nin şimal bürosunun məlumatına görə, Xəzinəni uşaqlar yarıuçuq sahibsiz tikilinin ərazisində oynayarkən, divarın içindəki oyuqdan tapıblar. Xəzinənin içində xeyli sayda gümüş pul, köhnə cildli Quran kitabı, xəncər, köhnə tapança və bəzək əşyaları olub.
 
Xəzinəni tapan uşaqlar bu barədə valideynlərinə, onlar isə kənd icra nümayəndəsi Akif Sultanova məlumat veriblər. Tapılan əşyalar sakinlərin iştirakı ilə aktlaşdırılaraq polisə təhvil verilib.
 
Xəzinə Quba rayon Polis şöbəsinin Qonaqkənd bölməsinə  aparılıb. Buradan isə ekspertiza üçün Bakıya göndərilib. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin