Bakıda xəstəxanaya hücum etdilər - FOTOLAR

Hazırda oxunan: Bakıda xəstəxanaya hücum etdilər - FOTOLAR

91952

Bakının Sabunçu rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Moderator.azxa0xəbər verir ki,xa0apa tv-nin məlumatına görə, hadisə Zabrat-Kürdəxanı yolunda qeydə alınıb.

1969-cu il təvəllüdlü Əhmədov Vasif Nazim oğlu axşam saatlarında yolu keçmək istəyərkən markası və qeydiyyat nişanı dəqiqləşdirilməyən avtomobillə vurulub.

Naməlum sürücü hadisə yerindən qaçıb. 46 yaşlı Vasif Əhmədov 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, yaralı xəstəxanaya daxil olarkən ona qarının küt travması diaqnozu qoyulub.

Ailə üzvlərinin bildirdiyinə görə, Vasif Əhmədov xəstəxanaya gətirilən zaman onun huşu özündə olub. Ancaq cərrahiyyə əməliyyatı zamanı dünyasını dəyişib.

Bundan sonra mərhumun yaxınları xəstəxanaya hücum edərək, əməliyyat otağının şüşəsini sındırıblar. Sabunçu Rayon Polis İdarəsindən verilən məlumata görə, hazırda piyadanın ölümünə səbəb olan sürücünün axtarışları davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin