Azərbaycanda "Afrika cəngəlliyi"- VİDEO

Hazırda oxunan: Azərbaycanda "Afrika cəngəlliyi"- VİDEO

87435
Tovuzlu bağban həyətində 2 minə yaxın gül və həmişəyaşıl ağaclar becərir. Bunların arasında yerli güllərlə yanaşı xaricdən gətirilmə dekorativ ağaclar da var. Onların əksəriyyəti xarici ölkələrdən gətirildiyindən qiymətləri də bahadır. Ən ucuzu 150 manat, ən bahalısı isə 2 min manat.

Tovuzun Alakol kəndində yaşayan Şahin Kazımov 45 ildir ki, bağbanlıq edir. Onun bağında meyvə ağacları ilə yanaşı müxtəli növ güllərə, xaricdən gətirilmə dekorativlərə də rast gəlmək mümkündür. Dekorativ ağac və güllərin becərilməsi xüsusi diqqət və zəhmət tələb edir. Şahin Kazımov deyir ki, bu güllərin becərilməsi xüsusiyyətləri fərqlidir.  

Bağban gül növlərini toxumlar vasitəsilə əldə edir. Əvvəl toxumları dipçəklərdə bəsləyir. Sonra isə bağa köçürür. Gül toxumlarının bəziləri 3 ilə, bəziləri isə 7-8 ilə əmələ gəlir.

Palma, Qardina, Aquba, Azaliya, Razyana və başqa ağac və güllərin əksəriyyəti xarici ölkələrdən gətirilib. Bu səbəbdən qiyməti də bahadır. Ən ucuzu 150 manat, ən bahalısı isə 2 min manatdır.  Bu ağacları satmaqla ailəsinin dolanışığını təmin edən bağban, bitkilərdən həm də mənəvi qida aldığını deyir. Bağban gələcəkdə  bağını daha da genişləndirmək niyyətindədir. (TTV)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin