Bakının girişində post quruldu

Hazırda oxunan: Bakının girişində post quruldu

81253
Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb

Buna səbəb Sumqayıt və Saray qəsəbəsindən paytaxta bəzi maşınların buraxılmamasıdır. 

Belə ki, I Avropa Oyunlarının açılışı ilə əlaqədar Sumqayıt və Saray qəsəbəsinin çıxışında postlar qurulub və avtomobillər yoxlamadan keçdikdən sonra bir-bir buraxılır. 

Hadisə şahidlərinin bildirdiyinə görə, dövlət qeydiyyat nişanından asılı olmayaraq bütün şəxsi avtomobillərin paytaxta girişinə qadağa qoyulub. 

Hazırda vətəndaşlar yalnız avtobuslar vasitəsi ilə Bakıya gələ bilirlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin