“Bizim Sahibkarlıq Fəaliyyətimiz”x9d (Enactus) beynəlxalq proqramı üzrə X Milli Yarış keçirilib. Bu barədə "Enactus Azərbaycan"ın ölkə direktoru Kəmalə Məmmədli məlumat verib.
Onun sözlərinə görə artıq 10 ildir ki, “Bizim Sahibkarlıq Fəaliyyətimiz”x9d (Enactus) beynəlxalq proqramı Azərbaycanda fəaliyyət göstərir: " Enactus sahibkarlıq fəaliyyətinin gücü ilə dünyada inkişafa nail olmaq üçün tələbələri, akademik və biznes liderləri bir araya gətirən beynəlxalq proqramdır. Proqramın əsas məqsədi tələbələr arasında sahibkarlıq fəaliyyətini inkişaf etdirmək və gələcəyin sahibkarlarını yetişdirməkdir. Müvəffəqiyətli sahibkar olmaq üçün isə tələbələrə müstəqil şəkildə qəralar vermək, marketinqin sirlərinə dərindən sahib olmaq, maliyyə vəsaiti cəlb etmək, mövcud iqtisadi şəraiti düzgün təhlil etmək kimi bacarıqlara sahib olmalıdı. Proqramın cəmiyyətdə ictimai faydalılığı, tələbə- gənclərə biznes liderlik və karyera təşəbbüslərini öyrənməklə, əməkdaş şirkətlərlə tələbə və məzunların mübadiləsi, həmçinin yerləşdirilməsində və iş yerləri ilə təmin olunmasında əhəmiyyətli imkanlar yaratmasından ibarətdir. Proqramın kulminasiyası, komandalar üçün layihələrin nəticələrini təqdim etməkdə forum rolunu oynayan və biznes liderlərinin hakim kimi onları qiymətləndirdiyi illik Milli yarışdır. Çempion komanda dünya kuboku uğrunda yarışa iştirak hüququ qazanır. Bunun üçündə hər akademik il üçün gənclərlə iş üzrə proqram planı hazırlanır. Akademik ilin sonunda isə işlərin yekunu olaraq Universitet komandaları arasında ilk öncə Milli Yarış keçirilir. Qalib gəlmiş komanda isə Enactus World Cup yarışına vəsiqə qazanır" .
K. Məmmədli xüsusilə vurğulayıb ki, bu il də ənənələrinə sadiq qalıblar: "30- 31 May tarixində Monolit Plazada Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Enactus Azərbaycan- Milli Yarış 2015" keçirildi. Yarışda "Enactus Azərbaycan"ın 9 komandası iştrak etdi. Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Universiteti və Sumqayıt Dövlət Universiteti.
30 May "Enactus Azərbaycan- Milli Yarış"ının açılışı mərhələsi baş tutdu. Açılış mərasimi Azərbaycan Respubikasının Dövlət Himni ilə başladı. Daha sonra isə Enactus proqramının mahiyyəti haqqında videoçarx izlənildi. Tədbirin açılışında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məslələr şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, "Enactus Global"ın MDB ölkələri üzrə vitse-prezidenti Yusuf Məcidov, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tələbələrə dəstək sektorunun direktoru Süllhəddin Gözəlov, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun nümayəndəsi Şəfəq Bayramova, AGBank ASC - in nümayəndəsi İlqar Musabaliyev, “Yeni Həyat”x9d Humanitar və Sosial Dayaq İctimai Birliyinin Sədri Nailə İsmayılova, Naxçıvan Universitetinin idarəetmə fakültəsinin dekanı Elbrus İsayev, "Enactus Azərbaycan" Proqramının məzunu Mehman Bədəlzadə və "Enactus Azərbaycan"ın ölkə direktoru Kəmalə Məmmədli çıxış etdilər. Çıxış zamanı "Enactus Azərbaycan"ın fəaliyyətinin təsirindən, gənclərin biznes və sahibkarlıq sahəsində inkişafından, onların insanların həyat səviyyələrinin və keyfiyyətlərinin yaxşılaşdırılmasından, əlavə gəlir qazandırmaqlarından, proqramda gənclərin fəallığından danışıldı. Həmçinin "Enactus Azərbaycan"ın 10 illik yubileyi münasibətilə təbrik səsləndirildi.
Sonra isə, püşkatma mərasimində hansı komandanın hansı liqada və neçənci çıxış edəcəyi məlum oldu. Püşkatma mərasimindən sonra komandalar və "Enactus Azərbaycan"ın qonaqları ilə birlikdə forum keçirildi. Forum üç mövzu əsasında aparıldı. Komandalar seçdiyi mövzu ətrafında müzakirələr aparıb, çıxışlar etdilər. Hər bir komanda nümayəndələrinin çıxışı digər komandalar tərəfindən qiymətləndirildi və qalib gəlmiş Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti və Azərbaycan Texnologiya Universiteti komandalarına "Enactus Azərbaycan" tərəfindən kitablar hədiyyə olundu.
31 May tarixində isə yarışın yarımfinal və final mərhələləri baş tutdu. Yarışda müxtəlif nominasiyalar üzrə də mükafatlar oldu. Hər liqadan seçilmiş iki komanda finalda iştrak etmək hüququ qazandı. Birinci liqa üzrə Azərbaycan Dövlət Aqrar Universiteti, Sumqayıt Dövlət Universiteti, ikinci liqa üzrə isə Naxçıvan Universiteti və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti oldular. "Enactus Azərbaycan X Milli Yarışı 2015"- ın qalibi Azərbaycan Dövlət Aqrar Universiteti oldu. Qalib Azərbaycanı Cənubi Afrika Respublikasının Yoxanesburq şəhərində 14- 16 Oktyabrda keçirilən "Enactus Dünya Kuboku 2015"- də təmsil edəcək".
O, həmçinin qeyd edib ki, yarış ərzində “Ən yaxşı komada ruhu”x9d nominassiyası üzrə Naxçvan Dövlət Universteti, “Ən yaxşı sosial layihə”x9d üzrə Naxçıvan Universitinin “Bələdçi”x9d layihəsi, “Ən yaxşı ekoloji layihə”x9d Azərbaycan Texnogiya Univesietinin “Edial”x9d layihəsi, “Ən yaxşı Biznes layihə”x9d nominassiyası üzrə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Dəmir Möcüzəsi”x9d lahiyyəsi olub. “Naxçıvan”x9d Universitetinə və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə isə sponsorlar tərəflərindən hədiyyələr verilib.






































































































