Bölgələrdə insan alveri ilə mübarizəyə dair maarifləndirmə tədbirləri keçirilib
Məqsəd yeniyetmə və gəncləri İnsan alveri mövzusunda bilgiləndirməkdir
Ölkəmizdə insan alverinə qarşı hüquq mühafizə orqanları ilə yanaşı, ictimai təşkilatlar, birliklər də ciddi mübarizə aparırlar. Bu sahədə “XXI Əsrin Qadınları”x9d İctimai Birliyinin xüsusi fəaliyyəti var. İctimai Birliyin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş idarəsi ilə birgə keçirdiyi tədbirlər insanları, ələlxüsus gənclərin bu sahədə maarifləndrilməsi məqsədi daşıyır.
Birlik icra planına uygun olaraq növbəti dəfə may ayının 27-dən 2-sinədək Gəncə şəhərində yerləşən üç peşə liseyində və üç peşə məktəbində , Daşkəsən, Göygöl, Şəmkir rayonlarında yerləşən peşə məktəb və peşə liseylərində “Regionlarda gənclər və yeniyetmələrin insan alveri probleminə dair maarifləndirilməsi”x9d layihəsi üzrə seminarlar keçirilib.
DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş idarəsi və İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası birgə 3 â„– li Gəncə Peşə Liseyində ( Gəncə şəhəri, Ə. Məmmədov küç.14), 2 â„– li Gəncə Peşə Məktəbində (Gəncə şəhəri, Nizami pr. 190), 1 â„– li Gəncə Peşə Məktəbində (Gəncə şəhəri, Əziz Nəzərov küç.3A) , 1 â„– li Gəncə Peşə
Liseyində (Gəncə şəhəri, S.Ruhulla küç.3),2 â„– li Gəncə Peşə Liseyində ( Gəncə şəhəri 3-cü mikrarayon), 3 â„– li Gəncə Peşə Liseyində ( Gəncə şəhəri, Nizami pr.190), Daşkəsən Peşə Məktəbində (Daşkəsən rayonu, Daşkəsən qəsəbəsi), Göygöl Peşə Məktəbində (Göygöl rayonu, F.Kərimzadə küç.2) , Şəmkir Peşə Liseyində (Şəmkir rayonu, Natavan küç.70) “İnsan alveri probleminə dair maarifləndirmə və bu növ halların müəyyən edilməsi üçün monitorinq işlərinin aparılması”x9d mözusunda tədbir keçirib. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə keçirilən tədbirdə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı, polis polkovnik- leytenanantı Fuad Əliyev, İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının sədri, “XXI Əsrin Qadınları”x9d İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova və Gəncə şəhərində fəaliyyət göstərən “Təmas”x9d İctimai Birliyinin sədr müavini Kübra Ələkbərova tədbirdə iştirak edən liseyin müəlim və şagirdlərini adıçəkilən mövzu ilə baglı geniş məluat veriblər.
Seminarlarda Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı, polis polkovnik- leytenanantı Fuad Əliyev insan alveri qarşı mübarizənin mahiyyəti və formaları, bu istiqamətdə həyata keçirilmiş təşkilati və əməliyyat-axtarış tədbirləri barədə, insan alverinin doğurduğu fəsadlar, eləcə də ölkəmizdə bu bəlaya qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib.
O bildirib ki, tədbirin keçirilməsində məqsəd bu sahədə ictimaiyyətin məlumatlılığını artırmaq, insan alveri və zorakılıqla mübarizədə ictimai fəal gənclərin gücündən istifadə etməkdir. F.Əliyev insan alveri və onun törətdiyi fəsadlar barəsində geniş məlumat verib. O, bu sahədə Azərbaycanda bir sıra qanunların qəbul edildiyini və ölkəmizin beynəlxalq konvensiyalara qoşulduğunu diqqətə çatdırıb. DİN-in nümayəndəsi İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin 152 nömrəli “Qaynar xətt”x9dinin fəaliyyət göstərdiyini bildirmişdir.
F.Əliyev dünyada hər il 21 milyon insanın insan alverindən əziyyət çəkdiyini və bunlardan dörd milyonunun məcburi əməyin qurbanı olduğunu qeyd edib. O, Baş İdarənin nəzdində insan alverinin qurbanları üçün sığınacaq yaradıldığını və onlara dövlət tərəfindən müavinət verildiyini vurğulayıb.
Tədbirdə çıxış edən İnsan alverinə qarşı mübarizə üzrə QHT Koalisiyasının sədri , «XXI Əsrin Qadınları» ictimai birliyinin sədri Mahirə Əmirhüseynova çıxış edərək bildirib ki, prezident İlham Əliyevin ölkədə apardığı uğurlu siyasətin nəticəsində işsizliyin aradan qaldırılması, yeni açılan iş yerləri bu çirkli biznesin - insan alverinin azalmasına gətirib çıxarıb. O bildirib ki, insan alveri problemi ümumbəşəri problemdir. Bu bəla Azərbaycandan da yan keçməyib. Onun sözlərinə görə, bu alver dünyada silah və narkotik alverindən sonra üçüncü sırada dayanır, belə tədbirlərin zəruriliyini və əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıb və bu yöndə daim maarifləndirmə işlərini apardıqlarını və insanların bu bəlaya düçar olmaması üçün özündə 47 ictimai biliyi birləşdirən, rəhbərlik etdiyi İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş idarəsi ilə sıx əməkdaşığ etdiklərini qeyd edib. O, insan alveri, onun qurbanları, bu alverin doğurduğu fəsadlar, Azərbaycanda insan alverinə qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər barəsində məlumat verib. Bildirib ki, bu alverin qurbanları təkcə qadınlar olmur. Qadınlarla yanaşı, kişilər və uşaqlar da insan alveri qurbanına çevrilə bilər M.Əmirhüseynova həmçinin onu da bildirib ki, xarici ölkələrdən yüksək əməkhaqqı ilə iş təklifi aldıqda bunu müxtəlif yollarla araşdırmaq lazımdır. Çünki insan alverçiləri qurbanlarını bu yolla tora salmağa daha çox üstünlük verir. Daha sonra birliyin sədri insan alverinin qurbanına çevrilməyin digər metodu olan xaricdə təhsil almaq imkanı adı ilə məlumatsız şəxslərin bu bəlaya düçar olmasından da danışıb. Ona görə də belə bir təkliflər alındıqda insanların nə etmələri barədə ətraflı məlumat vermiş, onları maraqlandıran suallara aydınlıq gətirib.
Mahirə Əmirhüseynova insan alveri, bu ictimai bəlaya qarşı mübarizədə ictimayyətin, ziyalıların, İctimai birliklərin fəaliyyətinin vacibliyindən söhbət açıb. M. Əmirhüseynova bildirib ki, hər bir vətəndaş bu sahədə üzərinə düşən vəzifəni ləyaqətlə yerinə yetirməlidir. O qeyd edib ki, özündə 47 ictimai biliyi birləşdirən, rəhbərlik etdiyi İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş idarəsi ilə sıx əməkdaşığ edir.
Tədbirə 3 â„– li Gəncə Peşə Liseyinin direktoru Alı Əliyev, 2 â„– li Gəncə Peşə Liseyinin direktoru Şahin Məhərrəmov, 1â„– li Gəncə Peşə Məktəbinin direktoru Vaqif Hüseynov, 2 â„– li Gəncə Peşə Məktəbinin
direktoru Atin Əliyev, 3 â„– li Gəncə Peşə Məktəbinin direktoru Yusif Məmmədov, 1â„– li Gəncə Peşə Liseyinin direktoru Vüsal Məmmədov, Göygöl Reşə Məktəbinin direktoru Qüdrət Nagıyev çıxış edərək belə vacib məsələlərə həsr olunmuş tədbirlərin onların rəhbərlik etdiyi məktəblərdə keçrildiyinə görə DİN İnsan alverinə qarşı mübarizə baş idarəsinə, layihə rəhbərinə, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasa xüsusi minnətdarləqlarını bildirdilər.
Sonda insan alverinə həsr olunmuş film nümayiş olunub və iştirakçılara bukletlər paylanıb.




































































































