Əməkdar artist Murad Dadaşovun aparıcılıq etdiyi “Maşın”x9d realiti-şousunin növbəti buraxılışında xoşagəlməz hadisələr yaşanıb.
Moderator.az sia.az-a istinadən verdiyi xəbərə görə, iştirakçılar arasında gizli səsvermədə hər kəsin adı bir dəfə çəkildiyi üçün gün ərzində yığılan səslərə baxılıb. Lakin yenə də günün ən az səs yığanları arasında bərabərlik yaşanıb. Aşıq Əli, Mehriban Xanlarova, ABD Malik, Elçin Hüseynovun səs faizləri bərabər olduğu üçün M.Dadaşov tamaşaçıları 1 dəqiqəlik səsverməyə çağırıb. Bundan sonra E.Hüseynov günün namizədi olub.
Müğənni veriliş zamanı tamaşaçıların ona səsverməsini istəməyib. Anar Ağakişiyev Elçinin onu çıxaracağını bildiyini deyərək "getsin"ə səs istəyib. Bundan sonra Anar və Elçin arasında qalmaqal yaranıb. Müğənni stilistə "sən kimsən?" dediyi üçün studiyada gərgin anlar yaşanıb. Ağakişiyev "Sənin ixtiyarın yoxdur mənə belə deməyə" şəklində etirazını bildirib.
Sonda o, 62.76% səs yığsa da, heç kimin adını çəkməyərək özü gedib. Müğənni studiyanı kimsəylə sağollaşmadan tərk edib. Həmkarı Xatirə İslam isə göz yaşlarını saxlaya bilməyib.
Qeyd edək ki, şouda iştirakını davam etdirənlər əməkdar artistlər Abbas Bağırov, M.Xanlarova, müğənnilər Rüfət Axundov, E.Bədəlov, ABD M.Kələntərli, X.İslam, Samir Cavadzadə, aktyor Allahverdi Yolçuyev, Aşıq Əli, meyxanaçı Rəşad Dağlı və stilist A.Ağakişiyevdir.









































































































