Azərbaycan Ziyalılar Birliyinin sədri, tanınmış ssenarist və dramaturq Eldəniz Quliyev Moderator.az-a açıqlamasında Azərbaycan televiziyalarında yayımlanan serialları tənqid edib:
“Azərbaycan
televiziyaları bir-birinin ardınca səviyyəsiz bədii seriallar çəkir. Bu filmlər
zövqümüzü və ruhumuzu oxşamaq əvəzinə, geniş tamaşaçı auditoriyasına
zövqsüzlük, pintilik və bədii tutumdan məhrum bayağı süjetlər təqdim edir.
Kinonun hüdudsuz imkanlarından istifadə edərək, əxlaqımızı, mənəvi dəyərlər
sistemimizi qorumaq yerinə,bir çox hallarda açıq zorakılıq tərbiyəsizlik və
biganəlik aşılanır. Bir qayda olaraq, bu serialların tam əksəriyyətində
ssenarilər, rejissor, operator, rəssam işi, aktyor oyunu, musiqi tərtibatı,
montajı və s. özfəaliyyət səviyyəsindədir. Nəzərə alaq ki, əsasən qeyri-peşəkarlara
həvalə olunan çoxseriyalı televiziya filmləri xalqın vəsaiti hesabına çəkilir.
Və sirr deyil ki, bu gün bu filmlərdən kütləvi narazılıq kifayət qədərdi, deməli,
ortada ciddi problem var və bu problemi ictimai müzakirəyə çıxartmaq zərurəti də
qaçılmazdır...”x9d
Seymur
Əliyev



































































































