“TQDK Təhsil Nazirliyindən asılı bir qurum olmamalıdır”x9d

Hazırda oxunan: “TQDK Təhsil Nazirliyindən asılı bir qurum olmamalıdır”x9d

69759
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ilk sədri Vurğun Əyyub Moderator.az-a açıqlamasında son zamanlar adıçəkilən qurumla Təhsil Nazirliyi arasındakı soyuq münasibətlərin səbəblərini şərh edən iki məhşur təhsli eksperti-Firudin Cəlilovla Şahlar Əsgərovdan fərqli mövqe ortaya qoyub: xa0

"TQDK müstəqil bir qurumdur. Onun təhsilin istənilən bir sahəsi haqqında araşdırma aparmaq və nəticələrini cəmiyyətə təqdim etmək hüququ və səlahiyyəti var. Əgər məqsəd təhsilimizdəki nöqsanları, problemləri aradan qaldırmaq üçün təşəbbüslərdən söhbət gedirsə, Təhsil Nazirliyi ilə TQDK arasında hansı soyuqluqdan, inciklikdən, qarşıdurmadan danışılır? Araşdırma zamanı hansı kriteriya və meyarların əsas götürülməsi, araşdırma nəticələrinin elmi prinsiplərə söykənib söykənməməsi isə tamam başqa söhbətin mövzusudur. Hər iki dövlət qurumunun görəcəkləri işin dairəsi, səlahiyyət və məsuliyyət çərçivəsi müəyyənləşdirilib. TQDK-nın əlindəki faktlara əsasən araşdırma aparmasını bir qurumun digər qurumun səlahiyyətlərini mənimsəməsi kimi qələmə vermək qətiyyən doğru deyil. TQDK Təhsil Nazirliyindən asılı bir qurum olmamalıdır və ola da bilməz. Belə olarsa, o zaman Təhsil Nazirliyi ondan asılı olacaq qurumu nöqsan və problemləri ört-basdır etməyə məcbur edə bilər."

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin