"Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində uzun müddət işğal altında qalan və tamamilə dağıdılan ərazilərimiz yenidən bərpa olunur, keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışı təmin edilir. İndiyədək bərpa və yenidənqurmaya dövlət büdcəsindən 26 milyard manat vəsait ayrılıb. Azərbaycan bu işləri öz maliyyə imkanları hesabına həyata keçirir. Bu bir daha Azərbaycanın gücünü təsdiq edir”.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
O bildirib ki, son illər həm Qarabağ, həm də Şərqi Zəngəzurun iqtisadiyyatında ciddi irəliləyişlər qeydə alınıb:
"Zəfərdən sonra Qarabağın iqtisadiyyatı 4 dəfə böyüyüb. Qarabağ iqtisadi rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsulun ümumi buraxılışı 2020-ci ildə 1 milyard 548 milyon manat idisə, indi bu göstərici 6 milyard manata çatır.
Doğrudur, Qarabağ iqtisadi rayonu yalnız işğaldan azad olunan ərazilərimizi əhatə etmir. Amma işğaldan azad olunan və bərpa edilən ərazilərimizdə xüsusi iqtisadi inkişaf müşahidə edilməkdədir. Belə ki, 2025-ci ildə yalnız Ağdam rayonunda sənaye məhsulunun dəyəri 1 milyard 2 milyon manat təşkil edib ki, bu da 2024-cü ilə nisbətən 17,4 dəfə artım deməkdir".
O, kənd təsərrüfatında 2 dəfə artımın qeydə alındığını diqqətə çatdırıb:
"Qarabağda istehsal olunan müxtəlif sənaye və qeyri-neft məhsulları Gürcüstan, Moldova, Özbəkistan, Qazaxıstan və Rusiya daxil olmaqla geniş coğrafiyaya ixrac olunur. Cənab Prezidentin rəhbərliyi ilə Qarabağ iqtisadiyyatının re-inteqrasiya prosesi daha sürətlənib. Zəfərdən sonra həyata keçirilən yenidən qurma və bərpa işləri nəticəsində Qarabağda tikinti sektoru 10 dəfədən çox böyüyüb. İnşaat sektorundakı canlanma iqtisadiyyata yeni dəyər qatmaqla yanaşı, yeni iş yerlərinin yaradılmasına da xidmət etməkdədir".
Milli Məclisin üzvü 2 gün sonra şəhər gününü qeyd edəcək Qubadlı rayonun da daxil olduğu Şərqi Zəngəzurun iqtisadiyyatının inkişaf mərhələsinə qədəm qoyduğunu qeyd edib:
"Zəfərdən sonra Şərqi Zəngəzurun iqtisadiyyatı 30 dəfə böyüyərək 4 milyard manatı keçib.2020-ci ildə sözügedən iqtisadi rayonumuzda iqtisadiyyatın əsas sahələri üzrə məhsulun ümumi buraxılışı cəmi 134 milyon manat idi. Artıq Şərqi Zəngəzurun 100 milyon manatlıq sənayesi, 170 milyon manatdan çox aqrar sektoru var. Qarabağda olduğu kimi, Şərqi Zəngəzur iqtisadi rayonumuzda da geniş tikinti işləri müşahidə edilir. Bu iqitsadi rayonumuzda tikinti sektorunun həcmi 4 milyard manata yaxınlaşmaqdadır".
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
11:41 / 23.10.2026
26 milyard manatlıq bərpa və iqtisadi sıçrayış – Böyük Qayıdış rəqəmlərin DİLİ İLƏ...
Hazırda oxunan: 26 milyard manatlıq bərpa və iqtisadi sıçrayış – Böyük Qayıdış rəqəmlərin DİLİ İLƏ...
Hazırda oxunan: 26 milyard manatlıq bərpa və iqtisadi sıçrayış – Böyük Qayıdış rəqəmlərin DİLİ İLƏ...
643796
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































