“Müasir dünyada rəqəmsal transformasiyanın, məlumatəsaslı qərar qəbul etmənin əhəmiyyətinin artdığı, süni intellektin tətbiqinin genişləndiyi bir vaxtda “Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” mövzusuna həsr olunmuş bugünkü tədbir dövlət-vətəndaş münasibətlərinin inkişafı baxımından xüsusi önəm daşıyır”.
Bizim.Media xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Xankəndidə keçirilən"SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, rəqəmsal transformasiya və ağıllı idarəetmənin texnoloji imkanları əsasında vətəndaş rifahını yüksəldən, bərabər imkanları genişləndirən idarəetmə mexanizmlərinin qurulması müasir sosial dövlət modelinin əsasını təşkil edir:
”Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial sahədə aparılan islahatların bir istiqaməti də bu sahədə idarəetmənin və xidmətlərin rəqəmsal transformasiyasıdır”.
Anar Əliyeb bildirib ki, son illərdə həyata keçirilən tədbirlər nəticəsində ənənəvi idarəetmə modelindən müasir, şəffaf və vətəndaşyönümlü modelə keçid təmin olunub:
"Ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. 2018-ci ildən 4 milyondan çox vətəndaşı əhatə edən və illik əlavə maliyyə vəsaiti 8 milyard manat olan 5 sosial islahat paketi icra edilməklə, minimum əməkhaqqı 3,1 dəfə, orta əməkhaqqı 2,2 dəfə, minimum pensiya 2,9 dəfə, orta pensiya 2,9 dəfə, əməkhaqqı fondu 3,4 dəfə artıb. Əmək müqavilələrinin sayı 44 faiz artaraq 1,9 milyona çatıb. Dövlətimizin başçısının göstərişinə əsasən, əməkhaqlarında və sosial ödənişlərdə artımların edilməsi üçün növbəti, sayca altıncı sosial islahat paketinin də hazırlanması işləri aparılır". (AZƏRTAC)
Bizim.Media
































































































