"Piano Hall"da nöqsanlar aşkarlandı - FOTO

Hazırda oxunan: "Piano Hall"da nöqsanlar aşkarlandı - FOTO

640970

Nəzarət tədbirləri çərçivəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 5A ünvanında yerləşən, fiziki şəxs Aslanlı Raul Samir oğluna məxsus "Piano Hall" şadlıq evində yoxlama keçirib.

Bizim.Media xəbər verir ki, bununla bağlı AQTA məlumat yayıb. 

Bildirilib ki, baxış zamanı ictimai iaşə obyektində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.

Belə ki, şadlıq evinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Obyektdə istehlaka yararsız göbələk, müşayiətedici sənədi olmayan süni kürü, mənşəyi məlum olmayan süd məhsulları, üzərində hazırlanma tarixləri qeyd edilməyən yarımfabrikatlar aşkarlanıb.
 

Eyni zamanda, menyuda süni kürünün istifadəsi ilə bağlı qeydin aparılmadığı, məhsulların temperatur rejiminə riayət edilmədiyi, mətbəxdə istifadə olunan alət və avadanlıqların yararsız vəziyyətdə olduğu, işçi heyətin tibbi müayinədən keçmədiyi və digər tələblərin pozulduğu müəyyən edilib.


Faktla bağlı inzibati protokol tərtib edilib və qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin