Bakıda 24 yaşlı qadının qətli ilə bağlı şok detal: Qatil sosial şəbəkədə anons edibmiş... – FOTOFAKT

Hazırda oxunan: Bakıda 24 yaşlı qadının qətli ilə bağlı şok detal: Qatil sosial şəbəkədə anons edibmiş... – FOTOFAKT

640942

Bakının Xəzər rayonunda 24 yaşlı Fatimə Rəhmanzadənin sevgilisi tərəfindən qətlə yetirilməsi ilə bağlı şok təfərrüat məlum olub.

Bizim.Media xəbər verir ki, cinayəti törədən 1986-cı il təvəllüdlü Müseyib Əhmədov hadisədən öncə sosial şəbəkə hesabında açıq-aşkar təhdid və intiqam mesajları paylaşıb.

Şübhəlinin sosial mediadakı paylaşımlarında "Mən də səni vuracam belə, mən onsuz da sənə demişdim, özün mənə məcbur elədin", "Can almasam, can vermərəm", "Düz sözdür, namusu belə təmizləmək lazımdır" və "Son gün az qalıb, intiqamımı alacam" kimi ifadələr yer alıb. Bu paylaşımlar cinayətin öncədən planlaşdırıldığını nümayiş etdirir.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda cinayət işi başlanılıb, istintaq tədbirləri aparılır.

Qeyd edək ki, hadisə Binə qəsəbəsində qeydə alınıb. İki il əvvəl ailəsindən boşanan Müseyib Əhmədov bir müddət sevgili olduğu Fatimə Rəhmanzadə ilə mübahisə etdikdən sonra ayrılıblar.

Dünən axşam saatlarında qadının işlədiyi kafenin yaxınlığında onunla qarşılaşan Müseyib, Fatimənin onunla barışmaq istəməməyinə cavab olaraq üzərində gəzdirdiyi bıçaqla ona çoxsaylı xəsarətlər yetirib. Zərərçəkən xəstəxanada dünyasını dəyişib. (Modern.az)









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin