İspaniya millisinin sabiq üzvü Pedro karyerasını başa vurub.
Bizim.Media xəbər verir ki, bu barədə futbolçu özünün sosial şəbəkə hesabında məlumat yayıb.
Təcrübəli oyunçu 39 yaşında peşəkar futbolla vidalaşıb.
Qeyd edək ki, Pedro karyerası ərzində "Barselona" (2004-2015), "Çelsi" (2015-2020), "Roma" (2020-2021) və "Latsio"da (2021-2026) çıxış edib. O, İspaniya milli komandasının heyətində meydana çıxdığı 65 rəsmi matçda 17 qol vurub və 11 məhsuldar ötürmə edib.
Pedro İspaniyanın 2010-cu il dünya çempionluğunu qazanan heyətinin əsas üzvü olub. O, 2012-ci ildə isə İspaniya ilə Avropa çempionu adını qazanıb.
Bizim.Media































































































