Sürücülərin NƏZƏRİNƏ: Bakıda bu yollar bağlanır

Hazırda oxunan: Sürücülərin NƏZƏRİNƏ: Bakıda bu yollar bağlanır

640881

Bakının Binəqədi və Sabunçu rayonlarında yolların təmiri ilə əlaqədar oktyabrın 7-dən nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, təmir işlərinə oktyabrın 7-də saat 15:00-dan başlanılacaq.

Təmir işləri Binəqədi rayonunun Binəqədi qəsəbəsində Cəfər Cabbarlı küçəsində, həmçinin Sabunçu rayonunda Zabrat-Maştağa şosesinin Elşən Məhərrəmli küçəsi ilə kəsişməsindən Dövlət Gömrük Komitəsinin Akademiyasının qarşısına qədər olan hissəsində, hər iki istiqamət üzrə aparılacaq.

AAYDA sürücülərdən əvvəlcədən alternativ yollardan istifadə etməyi və hərəkət zamanı diqqətli olmağı xahiş edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin