Gədəbəydə 84 yaşlı kişi güllə yarası nəticəsində dünyasını dəyişib.
Bizim.Media-nın Qərb bürosunun məlumatına görə, hadisə rayonun Pirbulaq kəndində qeydə alınıb.
Kənd sakini, 1942-ci il təvəllüdlü Yolçu Alıyev yaşadığı evin həyətində ov tüfəngindən açılan atəş nəticəsində aldığı xəsarətdən ölüb.
Atəşin kim tərəfindən açıldığı məlum deyil.
Faktla bağlı Gədəbəy Rayon Prokurorluğunda araşdırma başlanılıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

































































































