Skuterlər də icbari sığortaya cəlb olunacaq? – AÇIQLAMA

Hazırda oxunan: Skuterlər də icbari sığortaya cəlb olunacaq? – AÇIQLAMA

640871

Son illər elektrikli skuterlərin istifadəsi  genişlənib. Artıq bu vasitələr şəhərdaxili hərəkətdə daha çox istifadə olunan nəqliyyat vasitələrindən birinə çevrilib. Xüsusilə qısa məsafələr üçün rahat və alternativ nəqliyyat vasitəsi kimi seçilən skuterlərin sayının artması onların təhlükəsizliyi ilə yanaşı, qəza zamanı məsuliyyət və sığorta məsələlərini də gündəmə gətirir.

Ancaq istifadəçilərə maraqlı olan məsələlərdən biri də elektrikli skuterlə qəza baş verdikdə dəymiş zərərin ödənilməsinin necə tənzimlənməsidir?  

Skuter istifadəçisi və ya qəza nəticəsində zərərçəkən şəxs hər hansı sığorta təminatından yararlana bilərmi? Elektrikli skuterlər avtomobil və motosikletlər kimi icbari sığortaya cəlb olunurmu?

Bizim.Media bu suallarla əlaqədar Azərbaycan Sığortaçılar Assosiasiyasına sorğu ünvanlayıb.

Assosiasiyanın ekspert qrupunun üzvü Emil Ağabağırov suallarımıza  cavab olaraq bildirib ki, hazırda, elektroskuterlər icbari sığortaya daxil deyil.

"Çünki onların dövlət qeydiyyat nişanları, texniki şəhadətnamələri yoxdur. Buna görə də bu vasitələr hələki sığortaya cəlb oluna bilməzlər. Ancaq bu məsələyə gələcəkdə baxıla, tədbir görülə bilər".

Bəs skuter istifadəçisi və ya qəza nəticəsində zərərçəkən şəxs  sığortadan yararlana bilər?

"Hər hansı bir sığorta şirkəti könüllü olaraq skuterlərin istismarı zamanı ordakı xəsarət alan şəxslər olarsa, bununla bağlı bir kompensasiya verə bilər. Amma  icbari olaraq belə bir sığorda hazırda tətbiq edilmir", - deyə ekspert vurğulayıb.    

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin