Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru Ülfət Qurbanov işdən çıxarılma səbəbi ilə bağlı xəbərləri təkzib edib.
Bizim.Media xəbər verir ki, bu barədə o sosial media hesabında məlumat paylaşıb.
"Hörmətli dostlar, son günlər vəzifədən ayrılmağımla bağlı bəzi media resurslarında yayılan məlumatlar həqiqəti əks etdirmir.
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən səhhətimlə əlaqədar olaraq, öz xahişim və yazılı ərizəm əsasında ayrılmışam. Bu qərarın TƏBİB rəhbərliyi ilə əməkdaşlıq etmək istəməməyimlə əlaqələndirilməsi tamamilə əsassızdır.
Bundan sonra da həkim kimi fəaliyyətimi davam etdirəcək, bundan əvvəl olduğu kimi, dövlətimizə, xalqımıza və ölkəmizin səhiyyəsinə layiqincə xidmət etməyə çalışacağam.
Yayılan məlumatların düzgün şəkildə dəqiqləşdirilməsini xahiş edirəm", - o, paylaşımda bildirib.
Qeyd edək ki, dünən yerli mətbuatda Ülfət Qurbanovun TƏBİB-in yeni rəhbərliyi ilə işləmək istəmədiyini bildirərək vəzifədən ayrılması ilə bağlı ərizə yazdığı haqda xəbərlər yayılmışdı.

Fəridə, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:54 / 07.10.2026
Ülfət Qurbanovdan işdən çıxma səbəbi ilə bağlı iddialara REAKSİYA – FOTO
Hazırda oxunan: Ülfət Qurbanovdan işdən çıxma səbəbi ilə bağlı iddialara REAKSİYA – FOTO
Hazırda oxunan: Ülfət Qurbanovdan işdən çıxma səbəbi ilə bağlı iddialara REAKSİYA – FOTO
640891
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































