Vətən müharibəsi qazisi Aslan Şərifovun döyüş yolu 2020-ci ildən daha əvvəl başlayıb. Xüsusi təyinatlı kimi xidmət edən hərbçi 2016-cı ilin Aprel döyüşlərində də iştirak edib.
Bizim.Media xəbər verir ki, 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda Aslan Şərifov yenidən ön cəbhədə olub.
O, döyüşlərə Füzuli istiqamətindən başlayıb, daha sonra Cəbrayıl istiqamətində qarşıya qoyulan döyüş tapşırıqlarının yerinə yetirilməsində iştirak edib.
Aslan Şərifov döyüşlərin birində mövqe dəyişərkən düşmən snayperinin açdığı atəş nəticəsində sağ qolundan yaralanıb.
"Şaqqıltı səsi gəldi. Bölmə komandiri soruşdu ki, nə oldu? Dedim, heç nə, qolum qırıldı. Bu müharibənin öhdəsindən gəlməyimiz mənim üçün qürurdur. Hər dövlətin silahı, tankı, topu ola bilər. Döyüşün taleyini həll edən silah deyil", - deyə Vətən müharibəsi qazisi sözlərinə əlavə edib.
Aslan Şərifov "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Döyüşdə fərqlənməyə görə", "Hərbi xidmətlərə görə", "İgidliyə görə", "Vətən müharibəsi iştirakçısı" və "Şücaətə görə" medalları ilə təltif olunub.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:20 / 07.10.2026
Vətən müharibəsi qazisi: "Döyüşün taleyini həll edən silah deyil" - VİDEO
Hazırda oxunan: Vətən müharibəsi qazisi: "Döyüşün taleyini həll edən silah deyil" - VİDEO
Hazırda oxunan: Vətən müharibəsi qazisi: "Döyüşün taleyini həll edən silah deyil" - VİDEO
640925
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































