Lerikdə iki YOL QƏZASI: Beş nəfər xəsarət aldı

Hazırda oxunan: Lerikdə iki YOL QƏZASI: Beş nəfər xəsarət aldı

640980

Lerik rayonunda müxtəlif vaxtlarda iki yol-nəqliyyat hadisəsi qeydə alınıb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisələr zamanı 5 nəfər xəsarət alıb.
 

Hadisələrdən biri rayonun Blaband kəndində baş verib. Məlumata görə, Sadiq Novruzovun idarə etdiyi “VAZ-2121 Niva” markalı avtomobillə “UAZ” markalı nəqliyyat vasitəsi toqquşub. Nəticədə “Niva”da olan üç nəfər xəsarət alıb.


Yaralılardan Lerik rayonunun Pirəsora kənd sakini, 1963-cü il təvəllüdlü Fədail Bəbir oğlu Bağırovun vəziyyəti ağır olduğundan Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona kəllə-beyin travması diaqnozu qoyulub.

Digər qəza Lənkəran-Lerik avtomobil yolunun 39-cu kilometrində qeydə alınıb.

Zenoni kənd sakini, 1985-ci il təvəllüdlü Həmid Heybət oğlu Dövlətovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb.
 

Hadisə nəticəsində sürücü və avtomobildə olan sərnişin, onun həmkəndlisi, 1996-cı il təvəllüdlü İsmayıl Maşallah oğlu Əliyev bədən xəsarətləri alıblar. Hər iki şəxs tibbi yardım üçün Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.


Faktlarla bağlı araşdırma aparılır.

Sabutay, Bizim.Media, Cənub bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin