Azərbaycan cüdoçusu Zelim Tçkayev Bakıda keçirilən dünya çempionatının finalına yüksəlib.
Bizim.Media xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda qazaxıstanlı Abulaxan Jubanazarla qarşılaşıb.
Rəqibinə ipponla qalib gələn idmançı həlledici görüşə vəsiqə qazanıb. O, bu raundda gürcüstanlı Tato Qriqalaşvili ilə üz-üzə gələcək.
Bu gün, həmçinin eyni çəki dərəcəsində mübarizə aparan Ömər Rəcəbli bürünc medal qarşılaşmasına çıxacaq. Daha əvvəl Vüsal Qələndərzadə (81 kiloqram) 1/8, Anna Zaytseva (63 kiloqram) 1/16 final mərhələsində rəqiblərinə uduzaraq yarışla vidalaşıblar.
Qeyd edək ki, hazırda Azərbaycan millisinin aktivində 2 medal var. Əhməd Yusifov (60 kiloqram) qızıl, Rəşid Məmmədəliyev (73 kiloqram) isə bürünc mükafat qazanıb. Mundiala oktyabrın 11-də yekun vurulacaq.
Bizim.Media

- A-
- A
- A+
İdman
15:40 / 07.10.2026
Cüdoçumuz dünya çempionatının FİNALINDA
Hazırda oxunan: Cüdoçumuz dünya çempionatının FİNALINDA
Hazırda oxunan: Cüdoçumuz dünya çempionatının FİNALINDA
640931
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































