Tom Kruz rusca danışdı və Moskvanı heyranlıqla xatırladı – VİDEO

Hazırda oxunan: Tom Kruz rusca danışdı və Moskvanı heyranlıqla xatırladı – VİDEO

640958

Hollivud aktyoru Tom Kruz Seulda təsadüfən ruslarla qarşılaşıb və onlarla söhbət zamanı rus dilində danışaraq Rusiyaya səfərlərini heyranlıqla xatırlayıb. 

Bizim.Media xəbər verir ki, görüşün videosunu rusiyalı qadın Instagram-da yayımlayıb.

Söhbət zamanı Kruz 1990-cı illərdə Sibirdə yanacaqdoldurma məntəqəsinin yaxınlığında təyyarədən endiyini xatırlayıb. Aktyorun sözlərinə görə, o, bölgəni görmək istədiyi üçün orada xüsusi olaraq dayanıb. Kruz həmçinin Moskvaya səfərlərindən danışıb.
 

“Mən orada dayandım, çünki Sibiri görməyi çox istəyirdim. Həmçinin 1987-ci ildə Moskvada olmuşam. Bu, mənim ilk səfərim idi. Ora çox gözəldir. Həmçinin 2000-ci illərdə Böyük Teatrın açılışından əvvəl də orada olmuşam”, - aktyor bildirib.


Daha sonra rusiyalı qadın aktyordan rus dilini bilib-bilmədiyini soruşub. Kruz birbaşa cavab verməyib, Böyük Teatrı xatırlayaraq rus dilində bir neçə dəfə “bolşoy” sözünü təkrarlayıb.

Xatırladaq ki, Kruz daha əvvəl Ukraynaya da səfər edib və 2019-cu ildə Kiyevdə Volodimir Zelenski ilə görüşüb. Aktyor genişmiqyaslı müharibə başlayandan sonra Rusiyanın Ukraynaya qarşı təcavüzü ilə bağlı açıq şəkildə birmənalı mövqe bildirməyib.
 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Alyona Mel’ (@alyona7bay)


Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin