İki kəşfiyyat təyyarəsi Qara dənizin neytral suları üzərində 7 saata yaxın uçuş həyata keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə TASS-a Aİ-nin hava hərəkətinə nəzarət xidmətlərindəki mənbə məlumat verib.
Məlumata görə, söhbət İsveç Hərbi Hava Qüvvələrinə məxsus Gulfstream S102B Korpen radiolokasiya kəşfiyyat təyyarəsi və ABŞ-da qeydiyyatda olan NATO-ya məxsus Bombardier Artemis II kəşfiyyat təyyarəsindən gedir.
Mənbənin sözlərinə görə, hər iki təyyarə Qara dənizin neytral suları üzərində ümumilikdə təxminən yeddi saat fəaliyyət göstərib.
Bizim.Media































































































