Azərbaycan Respublikası tərəfindən Ukraynaya humanitar yardım məqsədilə nəzərdə tutulan elektrik avadanlıqlarından ibarət növbəti yük Sumqayıt Texnologiyalar Parkının (STP) ərazisindən yola salınıb.
Bizim.Media xəbər verir ki, humanitar yardım Azərbaycan Prezidenti İlham Əliyevin 2026-cı il 21 sentyabr tarixli Sərəncamına əsasən, Energetika Nazirliyi tərəfindən təmin edilib.
Ukrayna tərəfinin müraciəti əsasında təşkil olunan humanitar yükün tərkibinə ümumi dəyəri 2,5 milyon manat olan kabel, naqil, transformator və digər elektrik avadanlıqları daxildir.
Qeyd edək ki, Azərbaycan tərəfindən bundan əvvəl də Ukraynaya elektrik təchizatının təmin olunmasına dəstək məqsədilə humanitar yardımlar göndərilib.







Bizim.Media

- A-
- A
- A+
Siyasət
12:24 / 07.10.2026
Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərildi - FOTO
Hazırda oxunan: Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərildi - FOTO
Hazırda oxunan: Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərildi - FOTO
640888
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































