Zendayanın Makronun arvadı ilə salamlaşma tərzi müzakirələrə səbəb oldu– VİDEO

Hazırda oxunan: Zendayanın Makronun arvadı ilə salamlaşma tərzi müzakirələrə səbəb oldu– VİDEO

640955

Amerikalı aktrisa və müğənni Zendaya Paris Moda Həftəsi çərçivəsində “Louis Vuitton”un nümayişində Fransanın birinci xanımı Brigitt Makron ona yaxınlaşaraq salam verdiyi zaman yerindən qalxmayıb. Bu görüntü sosial şəbəkələrdə bəzilərinin tənqidinə, digərlərinin isə müdafiəsinə səbəb olub.

Bizim.Media xəbər verir ki, hadisə oktyabrın 6-da “Louis Vuitton”un 2027-ci ilin yaz-yay kolleksiyasının Luvrun “Cour Carree” məkanında keçirilən nümayişi zamanı baş verib.

Videoda Brigitt Makron aktrisaya tərəf əyilərək onu salamlayır, Zendaya isə oturduğu yerdən qalxmır.

Bəzi tənqidçilər bu anın etiket qaydalarını pozduğunu, bir sıra istifadəçilər isə bunu əsas nəzakət qaydalarına hörmətsizlik kimi qiymətləndirib.

Digərləri isə Zendayanın “LVMH” şirkətinin baş direktoru Bernard Arnaultu salamlayarkən də ayağa qalxmadığını qeyd edərək, bunun birinci xanıma qarşı yönəlmiş davranış olmadığını bildiriblər. Bəzi fransalı şərhçilər və digər istifadəçilər Zendayanın seçimini alqışlayıblar.

Görüntü moda nümayişindən kənarda da diqqət çəkib və davranış qaydaları ilə məşhurların etiketi ətrafında daha geniş müzakirəyə səbəb olub.

Xatırladaq ki, Zendaya 2023-cü ildən “Louis Vuitton”un qlobal səfiridir.
 


Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin