Sentyabrın 30-da saat 10:00-dan işlər yekunlaşanadək Lənkəran rayonunun Girdəni, Havzava, Veravul, Vilvan, Osaküçə və Sınovli kəndlərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bizim.Media xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, fasilə qaz sızmasının aradan qaldırılması məqsədilə aparılan təmir işləri ilə əlaqədardır.
Bizim.Media







































































































