ABŞ Prezidenti Donald Tramp İranın gələcəkdə təslim olmaq qərarına gələcəyinə inandığını bildirib.
Bizim.Media xəbər verir ki, Tramp Ağ Evin qarşısında jurnalistlərin suallarını cavablandırarkən İran rəhbərliyinin hazırda təslim olub-olmayacağını bilmədiyini, lakin bunun baş verəcəyinə inandığını deyib.
“İşlər onlar üçün çox pis gedir”, – deyə ABŞ Prezidenti qeyd edib.
Tramp, həmçinin bildirib ki, Hörmüz boğazından əvvəlkindən daha çox neft daşınıb. O, İranın nüvə silahına sahib olmayacağına əminliyini də ifadə edib.
Bizim.Media





































































































