Rusiya Avropa şirkətlərinə təzyiqi gücləndirir: "Qoy qorxsunlar"

Hazırda oxunan: Rusiya Avropa şirkətlərinə təzyiqi gücləndirir: "Qoy qorxsunlar"

639543

Rusiya xarici aktivlərin idarə olunması hüququndan məhrum etmə кампаniyası çərçivəsində Avropa şirkətlərini hədəfə alıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Reuters agentliyinə hökumət və şirkətlərdəki mənbələr məlumat verib.

Bu ay Rusiya İsveçrənin "Nestle", Almaniyanın "Metro AG" və Fransanın "Aşan" şirkətlərinin yerli aktivlərini müvəqqəti idarəetməyə keçirib.

 

Yüksək rütbəli hökumət mənbəsi asimmetrik tədbirlərin vaxtının çatdığını bildirib. "UniCredit" və "Raiffeisen" kimi bankların da hədəfə alına biləcəyi sualına mənbə "Qoy qorxsunlar" cavabını verib. 


Kreml isə bu addımları qeyri-dost ölkələrin müharibədə iştirak səviyyəsinin artması ilə əlaqələndirib, lakin tədbirlərin geri çevrilə biləcəyinə işarə edib.

Rusiya tərəfi avropalı şirkətləri yerli törəmə müəssisələrin inkişafını qəsdən ləngitməkdə günahlandırır. Öz növbəsində, Avropa İttifaqı Rusiyanı Ukraynadakı müharibənin dayanmamasında günahlandırır və Moskvanın sülh danışıqlarında iştirak etmək istəmədiyini vurğulayaraq sanksiyaları yeniləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin