Müharibə başlayandan bəri Rusiyanın gündəlik itkiləri rekord həddə çatdı

Hazırda oxunan: Müharibə başlayandan bəri Rusiyanın gündəlik itkiləri rekord həddə çatdı

639534

Sentyabrın 27-də Ukraynaya qarşı müharibə zamanı Rusiya işğalçı qüvvələri münaqişə başlayandan bəri ən yüksək gündəlik itki sayını verib.

Bizim.Media xəbər verir ki, bu barədə Böyük Britaniya kəşfiyyatı məlumat yayıb. 
 

Analitiklər qeyd ediblər ki, həmin gün işğalçı qüvvələr 2090 nəfər itki (ölən və yaralananlar) verib. Böyük Britaniya Müdafiə Nazirliyinin analitikləri bildiriblər ki, "bu, Rusiya-Ukrayna müharibəsi ərzində qeydə alınan ən yüksək gündəlik göstəricidir".


Onlar qeyd ediblər ki, ümumilikdə, bu, Rusiya ordusunun gündəlik itkilərinin 2000 nəfəri keçdiyi dördüncü haldır. Əvvəlki üç rekord göstərici hələ 2024-cü ildə qeydə alınmışdı.

Britaniyalı analitiklər vurğulayıblar ki, yay aylarından bəri Rusiya tərəfinin itki səviyyəsi davamlı olaraq yüksək qalır; buna səbəb Kremlin Donetsk vilayətində, xüsusilə də Dobropolya yaxınlığındakı "qala zolağı" boyunca irəliləmək cəhdlərini davam etdirməsidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin