Paytaxtın Qaradağ rayonu, Ələt qəsəbəsi, Bakı-Qazax yolunda avtomobildə yanğın olub.
Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı minik avtomobilində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “Mercedes” markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində avtomobilin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
<iframe width="1521" height="526" src="//www.youtube.com/embed/YyuMMyCh9MI" title="Qaradağ rayonu, Bakı-Qazax yolunda avtoqəza nəticəsində avtomobildə baş vermiş yanğın söndürülüb" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>
Bizim.Media





































































































