İranda silahlı toqquşmalar başladı – VİDEO

Hazırda oxunan: İranda silahlı toqquşmalar başladı – VİDEO

639520

İranın Sistan və Bəlucistan əyalətinin İranşəhr bölgəsində hərbçilərlə silahlı şəxslər arasında şiddətli toqquşmalar baş verib.

Bizim.Media “Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, toqquşmanın baş verdiyi əraziyə İran silahlı qüvvələrinə məxsus onlarla avtomobil və bir döyüş tankı cəlb olunub.

Toqquşmalar zamanı yüngül və yarımağır silahlardan, həmçinin hərbçilər tərəfindən dronlardan istifadə edildiyi bildirilir. Hadisə yerinə aparan bütün yollar hərbçilər tərəfindən bağlanıb.

Məlumata görə, silahlı şəxslərə qarşı əməliyyat üçün zirehli maşınlar və pulemyotlarla təchiz olunmuş hərbi qruplar da bölgəyə göndərilib.

Yerli mənbələr, həmçinin "Ceyş əl-Ədl" silahlı qruplaşmasının İranşəhr şəhərinə doğru hərəkət etdiyini bildirirlər.

Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin