Rusiyanın təyyarə və helikopterləri belə məhv edildi - VİDEO

Hazırda oxunan: Rusiyanın təyyarə və helikopterləri belə məhv edildi - VİDEO

637171

Sentyabrın 17-nə keçən gecə Ukrayna müdafiəçiləri Rostov-na-Donundakı hərbi aerodroma və Yaroslavl Neft Emalı Zavoduna zərbələr endiriblər.

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, təhlükəsizlik qüvvələrinin birgə əməliyyatı nəticəsində Rostovdakı aerodromda "An-12" təyyarəsi, iki "An-26" təyyarəsi və üç helikopter məhv edilib.

Eyni zamanda, Ukrayna Baş Qərargahı "Rostov-na-Donu (Mərkəzi)" aerodromunda yanğın və ikincili detonasiya qeydə alındığını təsdiqləyib.

Bununla yanaşı, Rusiyanın ən böyük emal müəssisələrindən biri olan və Rusiya silahlı qüvvələrini təmin edən "Slavneft-YANOS" NEZ-in ilkin neft emalı qurğusuna da zərbə dəyib və orada yanğın baş verib.

Xatırladaq ki, bundan əvvəl sentyabrın 6-da da həmin aerodrom hücuma məruz qalmışdı.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin